» » Keçmiş prezidentlər ABŞ-ın indiki dövlət başçısını təkzib etdilər

Keçmiş prezidentlər ABŞ-ın indiki dövlət başçısını təkzib etdilər

Bölmə: Dünya
Keçmiş prezidentlər ABŞ-ın indiki dövlət başçısını təkzib etdilər




Donald Trampın xalqa müraciətində sərf etdiyi sözlər Demokrat partiyasının liderlərini olduqca qəzəbləndirib.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, çıxışdan sonra kameralar önünə keçən Nümayəndələr palatasının spikeri Nensi Pelosi və partiyanın Senatdakı fraksiyasının rəhbəri Çak Şumer dövlət başçısını sərt şəkildə tənqid ediblər.

“Heç bir prezident yumruğunu masaya çırpıb, milləti ya öz yolundan gedəcəyi, ya da hökuməti qapadacağı ilə hədələməməlidir. Prezident Donald Tramp xalqı girova çevirməməli, böhran yaratmaqdan vaz keçməli və hökumətin faəliyyətini bərpa etməlidir”, - deyə Nensi Pelosi deyib.

Çak Şumer isə büdcə ilə bağlı əslində hər iki partiyanın dəstəklədiyi qanun layihəsinin mövcud olduğunu, lakin Trampın mənasız tərslik etdiyini vurğulayıb.

ABŞ prezidentinin çıxışı zamanı Meksika divarının daha öncəki prezidentlərin dövründə planlandığı və hətta onların bu məsələdə ona dəstək verdiyi ilə bağlı sözləri isə əvvəlki 4 dövlət başçısı tərəfindən yalanlanıb.

Ceyms Karter heç vaxt divar məsələsini Ağ Evin indiki sahibi ilə danışmadığını və onu qətiyyən dəstəkləmədiyini deyib.

Bill Klintonun nümayəndəsi isə ümumiyyətlə, Tramp vəzifəyə keçəndən bu yana keçmiş prezidentin onunla danışmadığını söyləyib.

Onları kiçik Corc Buşun mətbuat sözcüsü də təkrarlayıb.

Barak Obama cəbhəsi isə eks-prezidentin Meksika divarına qarşı çıxışlarını paylaşıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler