» » Tramp Hizer Nauerti ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin edəcək

Tramp Hizer Nauerti ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin edəcək

Bölmə: Dünya
Tramp Hizer Nauerti ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin edəcək
ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin nümayəndəsi Hizer Nauerti Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd seçib.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" mənbəyə istinadən məlumat yayıb.

Noyabrın əvvəllərində Donald Tramp bildirib ki, Dövlət Departamentinin nümayəndəsi Hizer Nauertin Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizədliyini nəzərdən keçirir. Qeyd edək ki, bu vəzifəni icra edən Nikki Heyli daha əvvəl istefa verdiyini bildirib. Diplomat hesab edir ki, onun səlahiyyətlərini başqası icra etməlidir.

Oktyabrda ABŞ lideri Nikki Heylinin ilin sonunda Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi vəzifəsindən istefasını təsdiqləyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler