Roma Papası Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək - ilk dəfə...Bölmə: Dünya
![]() Roma Papası Fransisk Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) rəhbərinin dəvəti ilə 2019-cu ilin fevralında ilk dəfə bu ölkəyə səfər edəcək. Xalqinfo.az xəbər verir ki, bu barədə Əbu-Dabinin vəliəhd şahzadəsi özünün "Twitter” mikrobloqunda yazıb. O qeyd edib ki, BƏƏ-də sülhün, dözümlülüyün və tolerantlığın simvolu olan Papa Fransiskin tarixi səfərini səbirsizliklə gözləyirlər. Şahzadənin fikrincə, bu səfər xalqların sülh şəraitində dinc yanaşı yaşaması səyləri üzrə dialoqa şərait yaradacaq. Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum da özünün "Twitter” hesabındakı səhifəsində Roma Katolik Kilsəsi başçısının ölkəyə səfəri xəbərini məmnunluqla qarşıladığını yazıb. O qeyd edib ki, bu səfər ikitərəfli əlaqələri və qarşılıqlı anlaşmanı möhkəmlədəcək, konfessiyalararası dialoqu gücləndirəcək, xalqlar arasında sülhün dəstəklənməsinə və möhkəmlənməsinə kömək edəcək. Bildirilir ki, BƏƏ ilə Vatikan arasında diplomatik münasibətlər 2007-ci ildə qurulub. 2010-cu ildə Hissa Al Otayban BƏƏ-nin Vatikanda ilk səfiri təyin edilib. KİV-lərin məlumatına görə, pontifikin BƏƏ-yə səfəri fevralın 3-5-də nəzərdə tutulub. Roma Katolik Kilsəsinin başçısı "İnsanların qardaşlığı” mövzusunda keçirilən Beynəlxalq dinlərarası görüşdə iştirak edəcək. |
XƏBƏR LENTİ
15.02.19 12:58 | Nazir tələbə təqaüdlərinin artırılmasından DANIŞDI
15.02.19 12:56 | Prezidentin çıxışlarındakı mühüm mesajlar -
"Vətəndaş", "dövlət", "biz", "xidmət", "islahat"...
"Vətəndaş", "dövlət", "biz", "xidmət", "islahat"...
14.02.19 23:45 | Quranı pulla oxumaq: olar, ya olmaz?
14.02.19 23:33 | Birinci vitse-prezident “İmamzadə”də - FOTOLAR
14.02.19 23:20 | Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır -
təsisçisi Vüsalə Mahirqızıdır
təsisçisi Vüsalə Mahirqızıdır
14.02.19 23:07 | Nazirlik təhsil ekspertinin açdığı liseyə lisenziya vermədi –
5 aydı yollarda qalmışam
5 aydı yollarda qalmışam
14.02.19 23:04 | 9-cu sinif şagirdi 2000 avroya görə beynəlxalq yarışa QATILA BİLMİR
14.02.19 23:02 | İlham Əliyevdən ali məktəblərlə bağlı mühüm qərar
14.02.19 22:59 | Birinci vitse-prezident Gəncəyə səfər edib
13.02.19 22:39 | Mehriban Əliyeva prezidentin səfərindən video paylaşdı -
“İnsanların sevgisi...” +Video
“İnsanların sevgisi...” +Video
13.02.19 22:34 | Beyləqan sakinlərinin İlham Əliyevlə dialoqu:
“Bizdən Mehriban xanıma da çoxlu salam apar”
“Bizdən Mehriban xanıma da çoxlu salam apar”
13.02.19 22:26 | Nazirliyin açıqlaması kökündən YALANDIR:
“Heyvanlar noyabr deyil, dekabrda verilib”
“Heyvanlar noyabr deyil, dekabrda verilib”
|