Səudiyyə-BƏƏ ittifaqı Suriyada PKK-ya dəstəyini genişləndirirBölmə: Dünya
Türkiyəyə qarşı düşmən siyasəti yürüdən iki dövlət, Səudiyyə Ərbistanı və Birləşmiş Ərəb Əmirlikləri Suriyanın şimalında PKK ilə əlaqələrini genişləndirməkdə davam edir. Gələn xəbərlərə görə, terror təşkilatının maliyyə məsələlərini həll edən iki körfəz dövlətinin nümayəndələri Haseke, Ayn əl-Ərəb, Menbic, Tel-Abyad və Rəsul-Ayna gələrək buralarda inşa ediləcək 12 hərbi post qülləsi ilə bağlı görülən işlərlə maraqlanıb. Türkiyənin “Yeni Şəfəq” qəzetinin verdiyi məlumata görə, PKK-çılar həmin ərazilərdə guya ABŞ-ın hərbi baza quracağı bəhanəsi ilə yerli türkmən xalqının torpaqlarını zorla əllərindən alırlar. Səudiyyə Ərəbistanının Yaxın Şərq üzrə naziri Samir Sebhanın başçılıq etdiyi Səudiyyə-BƏƏ heyəti isə Hasekedə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Brett MakGirklə görüşüb. Görüşmələrdə guya “sərhəd keşikçiləri” adı altında qurulacaq 30 minlik şəxsi heyətin maaş, təlim, silah və sursatla təmin olunmasını ərəb heyəti öz üzərinə götürüb. Bundan başqa, Səudiyyə-BƏƏ ikilisi Türkiyə ilə sərhəddə qurulacaq müşahidə məntəqələrinin də bütün məsrəflərini çəkməyə hazır olduğunu bildirib. Nəhayət, iki ölkə açıq şəkildə PKK-ya dəstək verməyə də başlayıb. Bu günlərdə Səudyiyə Ərəbistanı və və BƏƏ hərbçiləri Deyvizordakı cəbhə bölgəsinə görünüblər. |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|