» » Türkiyə Qaşıqçının qətl anının səs yazısını 6 ölkəyə göndərib

Türkiyə Qaşıqçının qətl anının səs yazısını 6 ölkəyə göndərib

Bölmə: Dünya
Türkiyə Qaşıqçının qətl anının səs yazısını 6 ölkəyə göndərib
Türkiyə hakimiyyəti səudiyyəli jurnalist Camal Qaşıqçının qətlə yetirildiyi zaman lentə alınan səs yazılarını 6 ölkəyə göndərib.

Xalqinfo.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, ölkəsinin Milli Kəşfiyyat İdarəsi cinayətlə bağlı heç nəyi gizli saxlamayıb: “Səs yazısını hansı ölkələr xahiş edibsə, hamısına göndərmişik. Onu Səudiyyə Ərəbistanı ilə yanaşı, ABŞ, Fransa, Böyük Britaniya, Kanada və Almaniya dinləyib. Məzmun əsl faciədir. Hətta Səudiyyə kəşfiyyatının zabiti səsə qulaq asarkən şok yaşayıb. Zabit qətlin amansızlıqla törədildiyini, qatilin bəlkə də o an heroin qəbul etdiyini deyib”.

Ərdoğan onu da vurğulayıb ki, Qaşıqçının qatili onun öldürüldüyü gün İstanbula xüsusi göndərilən 18 səudiyyəli yüksək vəzifəli məmurun arasında olub:

“Bu 18 nəfərin arasında şübhəsiz ki, cinayətkarlar var. Qətli icra edənlərlə yanaşı, əmri verənlər də tapılmalıdır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler