» » Rusiya təşviş içində:

Rusiya təşviş içində: “NATO təyyarələri nüvə başlığı daşıyır”

Bölmə: Dünya
Rusiya təşviş içində:“Baltikyanı ölkələrdə və Polşanın səmalarında dolaşan NATO təyyarələri nüvə başlığı daşıya bilir və Rusiya üçün real təhlükə yaradır”.

axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko çıxış edib. O, NATO-nun Rusiya ilə əlaqələrini kəsməklə böyük səhv etdiyini bildirib:

“Təxminən 20-yə yaxın NATO təyyarəsi üç Baltikyanı ölkədə və Polşa səmalarında tez-tez görünür. F-16 və “Tayfun” qırıcıları bu ölkələrdə hava patrulunu həyata keçirir. Baltikyanı ölkələrdə və Polşanın səmalarında dolaşan NATO təyyarələri nüvə başlığı daşıya bilir və Rusiya üçün real təhlükə yaradır. Rusiya öz sərhədinə yaxın bölgədə hər hansı aviasiyanın toplanmasını nəzərə almaya bilməz. Estoniyada yerləşən aviabaza ilə Sankt-Peterburq arasındakı məsafə bir neçə dəqiqədir. Biz bu hərbi reallığı nəzərə almalıyıq. NATO Rusiya ilə hərbi əlaqələri dayandırmaqla böyük səhv etdi”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler