» » Ərdoğanla Trampın Parisdəki gizli söhbətinin təfərrüatı məlum oldu

Ərdoğanla Trampın Parisdəki gizli söhbətinin təfərrüatı məlum oldu

Bölmə: Dünya
Ərdoğanla Trampın Parisdəki gizli söhbətinin təfərrüatı məlum oldu
ABŞ prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüşün təfərrüatları məlum olub.

Publika.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə təşkil edilən anma mərasimində bir araya gələn liderlər arasında keçən söhbət ərəbistanlı jurnalist Camal Qaşıqçı cinayəti haqqında olub.

Bu barədə “Röyter” agentliyi məlumat yayıb. Ağ Evin Mətbuat Departamentinə istinadən verilən xəbərə görə, liderlər jurnalistin ölümü ilə bağlı Səudiyyə Ərəbistanından gələcək cavaba dair müzakirələr aparıb.

İki lider sonuncu dəfə Nyu-Yorkda təşkil edilən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında ayaqüstü görüş keçirmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler