» » Trampla Putinin Parisdəki görüşünə Makron mane olub -

Trampla Putinin Parisdəki görüşünə Makron mane olub - “Kommersant”

Bölmə: Dünya
Trampla Putinin Parisdəki görüşünə Makron mane olub -
Rusiya və ABŞ prezidentlərinin Parisdə planlaşdırılan tamformatlı görüşünə Fransa prezident Emmanuel Makron mane olub.

Xalqinfo.az xəbər verir ki, bu barədə “Kommersant” avropalı diplomatik mənbəsinə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, Donald Trampla Vladimir Putinin danışıqlar aparmasını Fransa lideri istəməyib. Belə ki, o, Rusiya-Amerika görüşünün Birinci Dünya Müharibəsinin başa çatmasının yüz illiyinə həsr olunan mərasimi kölgədə qoymasını istəməyib.

Xatırladaq ki, Putinlə Tramp noyabrın 11-də Parisdə olacaqlar. Daha əvvəl onların tamformatlı görüşü nəzərdə tutulsa da, ötən gün ABŞ lideri açıqlama verərək bunun baş verməyəcəyini demişdi: “Biz G20 sammiti çərçivəsində (Argentinada-red.) görüşəcəyik, daha sonra da kifayət qədər görüşlərimiz olacaq".

Rusiya dövlət başçısının mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov da Parisdəki tədbirin qrafiki ilə əlaqədar bu görüşün reallaşmayacağını bildirib.


Şəfa Rasimqızı
www.xalqinfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler