» » Putinin hərbi blokuna bakılı general rəhbərlik edəcək

Putinin hərbi blokuna bakılı general rəhbərlik edəcək

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Putinin hərbi blokuna bakılı general rəhbərlik edəcək
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının boş qalan Baş katibi postuna belaruslu general-mayor Stanislav Zasın təyinatı gündəmdədir.

Xalqinfo.az Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir ki, yekun qərar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı liderlərinin 8 noyabr tarixli görüşündə müzakirə olunacaq.

“Yekun qərar noyabrın 8-də qəbul olunacaq. İntriqa ondadır ki, boş qalan vakansiyaya Ermənistan da iddialıdır. Belə ki, Baş katib postu rotasiya qaydası ilə 3 illik müddətə Ermənistana verilmişdi. Lakin Baş katib Yuri Xaçaturov yalnız 1,5 il bu postda çalışdıqdan sonra vətənində müxtəlif cinayətlərdə ittiham olunaraq postundan geri çağırılmışdı”-deyə qəzet yazır.

Maraqlıdır ki, Vladislav Zas 1985-ci ildə Bakı Ümumqoşun Komandirlər Məktəbini bitirib.



Şəfa Rasimqızı
www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler