» » Türkiyə hökuməti süni qiymət artımına qarşı sərt tədbirlərə keçib

Türkiyə hökuməti süni qiymət artımına qarşı sərt tədbirlərə keçib

Bölmə: Dünya
Türkiyə hökuməti süni qiymət artımına qarşı sərt tədbirlərə keçib
Türkiyə hökuməti ölkədə süni qiymət artımı ilə bağlı sərt tədbirlərə keçib.

Xalqinfo.az xəbər verir ki, bu barədə ticarət naziri Ruhsar Pekcan nazirlikdə keçirdiyi mətbuat konfransında məlumat verib. Nazir bildirib ki, yaradılmış “qaynar xətt”ə əsassız qiymət artımı ilə bağlı 48 min şikayət daxil olub. Bu vaxta qədər 5 min 743 şirkətə məxsus 81 min 666 məhsulun satışı üzərində araşdırma aparılıb və 366 şirkətin 6 min 399 malı ilə bağlı icazəsiz qiymət artımı müəyyən olunub. Belə hallara görə dərhal cəza tədbirlərinə əl atılmır. Qarşı tərəfin də fikirləri öyrənilir, vəziyyət ətraflı təhlil olunandan sonra qərarlar verilir.

Qeyd edək ki, son 3 ayda Türkiyənin milli valyutası lirənin məzənnəsi xeyli aşağı düşüb. Oktyabrın 20-də 1 ABŞ dolları 6,3 lirəyə dəyişdirilib. Hökumətin və Türkiyə Mərkəzi Bankının tədbirləri nəticəsində prosesin qarşısı alınıb. Hazırda 1 dollar 5,43 lirəyədir. Lirənin məzənnəsinin aşağı düşməsi qarşılıqlı ödəmələrdə problem yaradır. Bundan istifadə edən bəzi işbazlar süni qiymət artımı ilə narazılıq yaradırlar./AZƏRTAC/

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler