» » Azərbaycanlıların təhqir olunması qadağan edilir -

Azərbaycanlıların təhqir olunması qadağan edilir - Qanun

Bölmə: Dünya
Azərbaycanlıların təhqir olunması qadağan edilir -
İran parlamentinə bu ölkədə yaşayan qeyri-fars millətlərinin təhqir edilməsini qadağan edən qanun layihəsi təqdim ediləcək.

Teleqraf.com xəbər verir ki, qanun layihəsinin müəllifi deputat Humayun Yusifidir.

O bildirib ki, İranda yaşayan qeyri-fars millətlərinin təhqir edilməsi qanuna ziddir.

Deputat bununla bağlı hazırladığı qanun layihəsini yaxın günlərdə parlamentin müzakirəsinə çıxarılacağını açıqlayıb: “Məqsədim bütün millətlərə xidmət etməkdir”.

Qeyd edək ki, İranda millətçi qruplaşmaların hücumlarına məruz qaldığı əsas millətlərdən biri də Güney Azərbaycan türkləridir. Azərbaycanlılar dəfələrlə İranın dövlət televiziyası və müxtəlif media qurumlarında təhqir edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler