» » “Əsgərlərimizə daş atsaz, atəş açacağıq” -

“Əsgərlərimizə daş atsaz, atəş açacağıq” - Trampdan miqrantlara

Bölmə: Dünya
“Əsgərlərimizə daş atsaz, atəş açacağıq” -
Prezident Donald Tramp Cənubi Amerika ölkələrindən ABŞ-a doğru gələn miqrantlara xəbərdarlıq edib.

Xalqinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, miqrantlar amerikalı əsgərlərə daş atacaqları təqdirdə prezident təhlükəsizlik qüvvələrinin atəş açmaqla cavab verəcəyini bildirib.

Tramp Ağ Evdə təşkil etdiyi mətbuat konfransında bəzi miqrantların Meksika hərbçilərinə daş atdığını xatırladaraq daşla silah arasında böyük fərq olmadığını, bu səbəbdən də ABŞ-ın belə bir məsələdə güzəştə getməyəcəyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Tramp açıqlamasında miqrantların ABŞ-a girişinə izn verməyəcəyini və Meksika sərhədinə 10-15 min əsgər göndərəcəklərini demişdi.
BMT Mərkəzi Amerikadan ABŞ-a getmək üçün yola çıxan “miqrant karvanı”na 7 mindən çox insanın qatıldığını açıqlamışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler