» » Rusiyada polislər həmkarlarını zorladılar -

Rusiyada polislər həmkarlarını zorladılar - Yenilənib

Bölmə: Dünya
Rusiyada polislər həmkarlarını zorladılar -
Rusiyada qadın polis əməkdaşının kişi həmkarları tərəfindən zorlanmasının təfərrüatı məlum olub.

Oxu.Az xəbər verir ki, polis zabitlərindən biri qadını otağına çağırıb.

O isə rütbəcə özündən böyük olan zabitin göstərişini yerinə yetirməyə məcbur olub. Qadın otağa daxil olanda, orada üç zabitin spirtli içki qəbul etdiyini görüb.

Bildirilir ki, zabitlər qadını axşamdan səhərədək zorlayıblar.

O da məlum olub ki, zərərçəkmiş qadın Başqırdıstan Respublikasının Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri komandanının qızıdır.

***

Rusiyada iş yerində qadını zorlamaqda ittiham olunan üç polis zabiti saxlanılıb.

Oxu.Az xəbər verir ki, hadisə Ufa şəhərində baş verib.

Bildirilir ki, ayrı-ayrı polis şöbələrinin rəisləri olan zabitlər iş yoldaşı, 23 yaşlı qadını polis idarəsinin binasında zorlayıblar.

Faktla bağlı cinayət işi açılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler