» » Putinə Türkiyədə etiraz

Putinə Türkiyədə etiraz

Bölmə: Dünya
Putinə Türkiyədə etirazTürkiyədə təqribən 300-ə yaxın insan Rusiya prezidentinin Vladimir Putinin dövlət səfərinə qarşı etiraz aksiyası keçirilib.

Türkiyədə Krım Tatarlarının Mədəniyyət və Qarşılıqlı Yardım Cəmiyyəti rəhbərliyi və Gənclər Təşkilatı üzvləri dekabrın 1-də Vladimir Putinin Ankaraya səfərinə etiraz əlaməti olaraq etiraz aksiyası keçiriblər.

anspress-in "Krım. Reallıqlar" portalına istinadla verdiyi xəbərə görə, Ankaranın mərkəzi meydanına təqribən 300 insan toplaşıb. Aksiya iştirakçıları V.Putindən krım tatarlarına təzyiqə son qoymağı tələb ediblər. Onların əllərində Krımın ihlaqı zamanı ölən və itkin düşənlərin portretləri olub.

Simferopolda isə Krım-Tatar Cəmiyyəti Rusiya prezidentinin Ankaraya səfərinə dəstək mitinqi təşkil edib.

Bildirilir ki, Türkiyə və Rusiya dövlət başçılarının görüşündə Krımda yerli camaatın vəziyyəti, krım tatarlarının liderləri Mustafa Djemilevin və Refat Çubarovun yarımadaya girişinə icazə vermək məsələsi müzakirə olunub.

Xatırladaq ki, noyabrın 25-də Mustafa Djemilev və Refat Çubarov Türkiyə rəhbərləri ilə görüşlər keçiriblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler