Saakaşvili “exit-poll”un nəticələrinə etiraz etdiBölmə: Dünya
Gürcüstanın sabiq prezindeti Mixail Saakaşvili “exit-poll”un ilkin hesablamalarını qeyri-obyektiv hesab edib. Xalqinfo.az xəbər verir ki, Saakaşvili bəyan edib ki, ilk turda “Güc və Birlik” müxalif blokadasının üzvü, özünün də dəstəklədiyi Qriqol Vaşadzenin qalib olduğuna əmindir. Onun sözlərinə görə, “exit-poll”un nəticələri obyektiv deyil, Salome Zurabaşvili 50% -dən çox səs toplaya bilməyib və ona görə də seçkilərin ikinci turu keçiriləcək: ““Edison Research” exit-pollun nəticələrindən hamı gördü ki, Qriqol Vaşadze və Salome Zurabişvili 40%-ə qədər səs toplayıb və bu səbəbdən növbəti tur olacaq. Mən ötən illərdən böyük təcrübə sahibiyəm və deyə bilərəm ki, sorğu zamanı insanlar hakimiyyəti aldadaraq müxalifəti yox, onları dəstəklədiyini deyirlər. Buna görə də ehtimal edirəm ki, Vaşadze ən azı bir neçə faizlə Zurabaşvilini qabaqlayıb. Faktiki olaraq Vaşadze qalib gəlib və zəmanətlə ikinci tura keçib”. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|