» » Polşa prezidenti Almaniyadan reparasiya tələb etdi

Polşa prezidenti Almaniyadan reparasiya tələb etdi

Bölmə: Dünya
Polşa prezidenti Almaniyadan reparasiya tələb etdi
Polşa prezidenti Ancey Duda bəyan edib ki, Almaniyanın İkinci Dünya müharibəsi illərində ölkəyə vurduğu zərərə görə reparasiya ödəməsi məsələsinin qapadılmasını düşünmür.

Bu barədə Oxu.Az “Bild am Sonntag”a istinadla xəbər verir.

“Düşünürəm ki, reparasiya ödənilməsi heç də qapanmış mövzu deyil”, - Duda deyib.

Onun sözlərinə əsasən, hələ prezident Lex Kaçinskinin hakimiyyəti dövründə verilmiş ekspert rəyləri Polşaya vurulmuş ziyanın həqiqətən də tam ödənilməməsi qənaətinə gəlməyə əsas verir.

“Parlamentin ekspertqqrupunun fəaliyyətinin ilkin nəticələri də bizə vurulan ziyanın tam ödənilmədiyini göstərir”, - Duda əlavə edib.

O qeyd edib ki, reparasiyaların ödənilməsi “vicdan və ədalət” məsələsidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler