» » Avrasiya İttifaqı dollardan imtina edir

Avrasiya İttifaqı dollardan imtina edir

Bölmə: Dünya
Avrasiya İttifaqı dollardan imtina edirAvrasiya İqtisadi İttifaqının üzv dövlətləri – Rusiya, Qazaxıstan, Belorus və Ermənistan dollar və avrodan imtina etmək niyyətindədirlər.

Xalqinfo.az xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzeti məlumat yayıb.

Qəzet yazır ki, təşkilata üzv dövlətlərin milli valyutaya keçidi (rus və belorus rublu, tenge və dram) 2025-2030-cu illərdə baş tuta bilər.

Qeyd edək ki, 2014-cü ilin mayın 29-da Belorus, Rusiya və Qazaxıstan prezidentləri Avrasiya İqtisadi Birliyi barədə razılaşma imzalayıblar. Oktyabrda Ermənistan həmin təşkilata üzv oldu. Təşkilatın yaradılması ilə bağlı razılaşma 2015-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Avrasiya İqtisadi Komissiyasının məlumatına görə, 2013-cü ildə üzv ölkələr arasında mal dövriyyəsi 64 milyard dollar təşkil edib. Bunun 50 faizi rubl, 40 faizi dollar, 9 faizi avro və təxminən 1 faizi isə digər valyutalarla həyata keçirilib.
- See more at: http://axar.az/news/36434#sthash.tR3j6NnB.dpuf

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler