» » ABŞ Kaşıkçının ölümü ilə bağlı hərəkətə keçdi

ABŞ Kaşıkçının ölümü ilə bağlı hərəkətə keçdi

Bölmə: Dünya
ABŞ Kaşıkçının ölümü ilə bağlı hərəkətə keçdi
ABŞ rəhbərliyi Səudiyyə ərəbistanlı müxalif jurnalist Camal Kaşıkçının ölümü ilə bağlı hərəkətə keçib.

Xalqinfo.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Vaşinqton bu qətllə bağlılığı olduğunu əsas gətirərək, 21 səudiyyəli nümayəndəyə verilən vizaları ləğv edib.

Bununla bağlı ABŞ Dövlət Departamentinin nümayəndələrindən biri məlumat verib. Onun sözlərinə görə, həmin şəxslərə qarşı viza qadağası qərarı qəbul edilib.

Dünən keçirilən mətbuat konfransında ABŞ dövlət katibi Mayk Pompeo Kaşıkçının ölümü ilə bağlı tədbirlərin həyata keçiriləcəyini deyib.

Xatırladaq ki, Kaşıkçı oktyabrın 2-də sənəd almaq üçün İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. Dünən onun cəsədi Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun ərazisindəki su quyusundan tapılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler