» » Gürcüstanda marixuana festivalında prezidentliyə namizəd saxlanıldı

Gürcüstanda marixuana festivalında prezidentliyə namizəd saxlanıldı

Bölmə: Dünya
Gürcüstanda marixuana festivalında prezidentliyə namizəd saxlanıldı
“Qirçi” partiyasının lideri və Gürcüstan prezidentliyinə namizəd Zurab Caparidze bu gün Tbilisinin “Deda Ena” parkında keçirilən marixuana festivalında saxlanılıb.

Xalqinfo.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, siyasətçiyə qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur.

Həmçinin festivala qatılan daha bir neçə vətəndaş saxlanılıb.

Lideri Gürcüstan prezidentliyi uğrunda mübarizə aparan “Qirçi” partiyası azadlığa dəyər verən hər kəsi “Deda Ena” parkına gələrək onlara dəstək olmağa çağırıb. Onların fikrincə, marixuana festivalı bu narkotik növünün Gürcüstanda tam azad şəkildə becərilməsinə və istifadəsinə yol açacaq.

Qeyd edək ki, Gürcüstan marixuana satışından əldə edilən gəlirlə yoxsulluqla mübarizə aparmaq niyyətindədir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler