» » Saakaşvili toyunun ildönümünü Gürcüstanda qeyd edəcək

Saakaşvili toyunun ildönümünü Gürcüstanda qeyd edəcək

Bölmə: Dünya
Saakaşvili toyunun ildönümünü Gürcüstanda qeyd edəcək
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili vətənə dönmək niyyətindədir.

Xalqinfo.az “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə onun həyat yoldaşı Sandra Rulofs şənbə günü bildirib.

“Noyabrın 17-də ailə həyatı qurduğumuz gündən 25 il ötür və biz bu yubileyi Zuqdididə qeyd etmək istəyirik”, - S.Rulofs deyib.

Onun sözlərinə əsasən, Gürcüstanda bir çoxları Saakaşvilinin yenidən vətənə qayıtmasını gözləyir.

Qeyd edək ki, Gürcüstanda Mixail Saakaşvili barəsində bir neçə cinayət işi açılıb. Rəsmi Tbilisi daha öncə dəfələrlə bəyan edib ki, Saakaşvili vətənə qayıdacağı təqdirdə dərhal həbs olunacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler