» » “Kaşıkçı konsulun önündə işgəncəylə öldürülüb” - Səs yazısı üzə çıxdı

“Kaşıkçı konsulun önündə işgəncəylə öldürülüb” - Səs yazısı üzə çıxdı

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
“Kaşıkçı konsulun önündə işgəncəylə öldürülüb” - Səs yazısı üzə çıxdı
Amerikanın “Wall Street Journal” qəzeti jurnalist Camal Kaşıkçının İstanbul konsulluğunda baş konsul Məhəmməd əl-Uteybinin gözləri önündə öldürüldüyünü iddia edib.

Xalqinfo.az xəbər verir ki, qəzet adını açıqlamadığı türk rəsmilərə istinad edərək səudiyyəli sui-qəsd komandasının Kaşıkçını konsulun önündə əvvəlcə döydüyünü, sonra dərmanla yatızdırdığını, daha sonra öldürülən Kaşıkçının cəsədini hissələrə parçaladığını yazıb.

Mənbələr bildiriblər ki, Kaşıkçı dindirilmədən, konsulluğa daxil olduqdan bir neçə dəqiqə sonra qətlə yetirilib. Bundan başqa, türk rəsmilərin Kaşıkçının necə öldürüldüyünə dair səs yazısını ABŞ və Səudiyyə Ərəbistanı ilə paylaşdığı qeyd olunub.

"Wall Street Journal”ın İstanbuldakı müxbirlərinin əldə etdiyi məlumata görə, səs yazısında baş konsul Məhəmməd əl-Uteybiyə biri tərəfindən otağı tərk etməsi tapşırılır. Türk heyət səs analizindən həmin şəxsin Səudiyyənin məhkəmə tibb eksperti Salih əl Tubaygi olduğunu təsbit edib. Xəbərdə Tubayginin Kaşıkçının cəsədini parçalayan zaman ətrafdakılardan musiqiyə qulaq asmalarını istədiyi qeyd olunur.

Türkiyənin hakimiyyətə yaxın “Yeni Şafak” qəzeti də jurnalistin qətl anını əks etdirən səs yazısını əldə etdiyini yazır. Qəzet Kaşıkçının işgəncələrə məruz qaldığını vurğulayıb. Belə ki, dindirilmə zamanı jurnalistin əvvəlcə barmaqları qoparılıb, daha sonra başı kəsilərək öldürülüb. Səs yazılarının birində baş konsul Uteybinin “Bunu kənarda edin. Mənim başıma bəla açacaqsınız” dediyi, cavabında “yaşamaq istəyirsənsə, sus!” deyildiyi qeyd olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler