» » Təyyarə qəzası:

Təyyarə qəzası: 4 nəfər həlak oldu

Bölmə: Dünya
Təyyarə qəzası:Aviaqəza Boliviyanın Trinidad şəhəri yaxınlığında baş verib
Boliviyada yüngül motorlu təyyarə qəzası baş verib.


anspress-in məlumatına görə, Boliviyanın Trinidad şəhərindən beş kilometr uzaqlıqda içərisində 4 nəfər olan yüngül motorlu təyyarə qəzaya uğrayıb. Aviaqəza zamanı təyyarədə olanların həlak olduğu bildirilir.

Həlak olanlar arasında təyyarənin pilotu, hərbi qulluqçu və yerli seçki komissiyasının iki əməkdaşının olduğu qeyd edilir.

Hal-hazırda qəzanın səbəbləri araşdırılır.

İlkin məlumatlara əsasən, qəza vaxtı yağış yağırdı və güclü duman vardı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler