» » Gürcüstanda prezidentlik uğrunda 25 namizəd mübarizə aparacaq

Gürcüstanda prezidentlik uğrunda 25 namizəd mübarizə aparacaq

Bölmə: Dünya
Gürcüstanda prezidentlik uğrunda 25 namizəd mübarizə aparacaq
Gürcüstanda prezidentliyə namizədliyin geri götürülməsi ilə bağlı müddət başa çatıb.

Xalqinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze bildirib.

O bildirib ki, qeydiyyata alınmış 25 namizədin heç biri namizədliyinin geri götürülməsi ilə bağlı müraciət etməyib:

“Buna müvafiq olaraq, seçki bülleteninə 25 namizədin hamısı daxil ediləcək”.

Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. 25 namizədin 19-u siyasi partiya, 6-sı isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Bundan əvvəl Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvilinin təşviqat materiallarının daşındığı yük maşınında yanğın baş verdiyi bildirilmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler