» » Evsiz insanların küçədə yaşaması qadağan edildi

Evsiz insanların küçədə yaşaması qadağan edildi

Bölmə: Dünya
Evsiz insanların küçədə yaşaması qadağan edildi
Macarıstanda qüvvəyə minən qanuna əsasən, evsiz vətəndaşların küçədə yaşaması qadağan edilib.

Xalqinfo.az bildirir ki, Macarıstan parlamenti tərəfindən iyunun 20-də qəbul edilən qanun oktyabrın 15-də qüvvəyə minib.

Bundan sonra evsiz şəxs polis tərəfindən üç dəfə xəbərdarlıq aldıqdan sonra da küçədə yaşamağa davam etsə, cərimə oluna və ya həbs cəzasına məhkum edilə bilər. Macarıstanın insan resursları nazirinin müavini Attila Fülöp mövzu ilə əlaqədar təşkil olunan mətbuat konfransında məlumat verib ki, ölkədə evsiz vətəndaşların qida və təmizlik ehtiyaclarını ödəyərək yaşaya biləcəyi 19 min çarpayılıq sığınacaqlar hazırlanıb.

Əhalisi 9,7 milyon nəfər olan Macarıstanda 20 min civarında evsiz insanın olduğu təxmin edilir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler