» » Rusiya polisləri onlara hücum edən azərbaycanlını güllələdilər

Rusiya polisləri onlara hücum edən azərbaycanlını güllələdilər

Bölmə: Dünya
Rusiya polisləri onlara hücum edən azərbaycanlını güllələdilər
Rusiyanın Sankt-Peterburq üzrə istintaq orqanları 1993-cü ildə Azərbaycanda anadan olan vətəndaş barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci bəndinin 2-ci hissəsində (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq hərəkəti) nəzərdə tutulan cinayət üzrə iş açıb.

Xalqinfo.az Rusiya mətbuatına istinadla xəbər verir ki, oktyabrın 13-də polis əməkdaşları daha öncə Krasnoselsk rayonunda qaçırılmış avtomobili saxlayıblar.

Avtomobili tərk edən sürücü bıçaqla hüquq mühafizə orqanları nümayəndələrinə hücum edib. Havaya açılan xəbərdarlıq atəşindən sonra polis əməkdaşları şübhəli qismində saxlanılan şəxsi hədəfə alıblar və onu sağ çiynindən yaralayıblar.

Hazırda cani xəstəxanada mühafizə olunur. Onun həbs olunması və ittiham irəli sürülməsi məsələləri həll edilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler