» » NATO Rusiyaya qarşı sanksiyaları tam dəstəkləyir

NATO Rusiyaya qarşı sanksiyaları tam dəstəkləyir

Bölmə: Dünya
NATO Rusiyaya qarşı sanksiyaları tam dəstəkləyirNATO Rusiyaya qarşı sanksiyaları tam dəstəkləyir.
trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq dekabrın 2-3-də Brüsseldə keçiriləcək NATO XİN rəhbərlərinin görüşü ərəfəsində keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, beynəlxalq normaların pozulmasına cavab kimi sanksiyalar çox vacibdir: "Alyans daha çox ölkənin bu sanksiyaları dəstəklədiyini görməyə üstünlük verərdi".

Eyni zamanda, baş katib təkrar edib ki, NATO-nun Rusiya ilə münasibətlərinin bərpası "Rusiyanın siyasətinin dəyişəcəyi halda" mümkündür.

Bununla belə, Aİ liderləri getdikcə daha açıq şəkildə sanksiyaların səmərəliliyinə şübhə edirlər. Belə ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ötən ay Avropa Parlamentində çıxış edərkən etiraf edib ki, həm Rusiya, həm də Aİ ölkələri iqtisadiyyatına ziyan vurmasına baxmayaraq, "Aİ sanksiyaları Rusiyanın Ukrayna ilə bağlı siyasətinə təsir etməyib".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler