» » Azərbaycanlı iş adamı taksidə 10 min dollarını unutdu -

Azərbaycanlı iş adamı taksidə 10 min dollarını unutdu - ...Sürücü

Bölmə: Dünya
Azərbaycanlı iş adamı taksidə 10 min dollarını unutdu -
Türkiyəyə səfər edən azərbaycanlı iş adamının başına iş gəlib.

Xalqinfo.az Unikal.org-a istinadən xəbər verir ki, Azərbaycan əsilli iş adamı Tahir Məmmədov Yenibosnada düşdüyü taksidə pencəyini unudub. Taksi sürcüsü daha sonra yoluna davam edib. Başqa bir sifariş üçün gedən sürcü təsadüfən arxa oturacaqda pencəyin olduğunu görür. Pencəyi əlinə alan sürücü Yakup Bayıroğlu içərisində 10 min dollar olduğunun fərqinə varıb. 42 yaşlı Bayıroğlu sərnişinin taksi sifariş verdiyi nömrəsinə zəng edərək pencəyini unutduğunu deyib və onunla görüşərək pulunu geri qaytarıb.

40 yaşlı iş adamı bu əməlinə görə taksi sürücüsünə təşəkkür edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler