» » Lukaşenko Belarusun Rusiyanın tərkibinə qatılması haqda

Lukaşenko Belarusun Rusiyanın tərkibinə qatılması haqda

Bölmə: Dünya, MANŞET
Lukaşenko Belarusun Rusiyanın tərkibinə qatılması haqda
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın bu ölkədəki yeni səfiri Mixail Babiç ilə görüşüb və ikitərəfli münasibətləri müzakirə edib.

Xalqinfo.az xəbər verir ki, bununla bağlı BELTA agentliyi məlumat yayıb.

"Bilirsiniz ki, biz müstəqil və suveren dövlətik. Əgər açıq desək, bunu təkcə xalqımızın göstərdiyi səylərlə əldə etməmişik. Rusiyanın ovaxtkı rəhbərliyi də bunu istəyib. İndiki rəhbərlik də həmin kursu davam etdirir.

XXI əsrdə Belarusun Rusiyanın tərkibinə qatılması ilə bağlı danışmaq gülməlidir. Və mən bir dəfə də olsun, bunu Rusiya prezidentindən eşitməmişəm”, - Lukaşenko bildirib.

O əlavə edib ki, Belarus xalqı Rusiyaya yaxın tərəfdaş kimi baxır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler