Türkiyə itən jurnalistlə bağlı konsulluqda axtarış tələb etdiBölmə: Dünya
Türkiyə itkin düşən səudiyyəli jurnalist Camal Kaşıkçı üçün bu ölkənin İstanbuldakı konsulluğundan axtarış izni tələb edib.Xalqinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bundan başqa, Səudiyyə Ərəbistanı səfiri dünən ikinci dəfə Türkiyə XİN-nə çağırılıb. Qeyd edək ki, Səudiyyə rejiminə müxalif mövqeyi ilə tanınan “The Washington Post” yazarı Kaşıkçı oktyabrın 2-də evlilik proseduru üçün baş konsulluğa gedib və ondan daha sonra heç bir xəbər alınmayıb. Türkiyə polisi jurnalistin konsulluğu tərk etmədiyini desə də, səudiyyəli rəsmilər “Reuters” müxbirinə qapılarını açaraq Kaşıkçının binada olmadığına sübut etməyə çalışıblar. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|