» » Putin-Ərdoğan razılaşmasında mühüm addım -

Putin-Ərdoğan razılaşmasında mühüm addım - Ağır silahlar geri çəkilir

Bölmə: Dünya
Putin-Ərdoğan razılaşmasında mühüm addım - Bu il sentyabrın 17-də Soçi şəhərində Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib bölgəsində müxaliflərlə hökumət qüvvələrinin nəzarəti altındakı bölgələr arasında neytral bölgənin qurulması ilə bağlı razılığa gəlmişdilər.

Xalqinfo.az xəbər verir ki, “Röyters” agentliyi bu gün səhər saatlarından etibarən İdlibdə müxalifət qüvvələrinin neytral bölgəni boşaltmağa başladığına, ağır silahların ərazidən geri çəkilmə prosesinin başladıldığına dair məlumat yayıb.

Agentliyə bu haqda danışan səlahiyyətli şəxslərdən biri bu prosesin növbəti günlərdə də davam edəcəyini bildirib.

Qeyd edək ki, neytral bölgə 15 oktyabrda 15-20 km məsafədə quralacaq. Həmçinin, “Nusra Cəbhəsi” başda olmaqla terrorçu qruplaşmaları oradan çıxarılacaq.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler