» » Ərdoğan: Türkiyə kiminsə qarşısında baş əyməz

Ərdoğan: Türkiyə kiminsə qarşısında baş əyməz

Bölmə: Dünya
Ərdoğan: Türkiyə kiminsə qarşısında baş əyməz
Türkiyə kiminsə qarşısında baş əyməyəcək.

Xalqinfo.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim partiyanın tədbirində çıxış edərkən deyib.

O bildirib ki, Türkiyə öz xalqını təmənna güdənlərlə üz-üzə buraxmayacaq.

Ərdoğan qeyd edib ki, istənilən böhran çoxlu sayda imkan açır.

“Valyuta məzənnələrinin qəflət artımını yalnız iqtisadi amillərlə izah etmək mümkün deyil. Bunu deyərkən, məsuliyyətdən boyun qaçırmırıq, sadəcə faktları sadalayırıq”, - deyə o vurğulayıb.

Türkiyənin öz borclarına məsuliyyətlə yanaşdığını deyən Ərdoğan bu amildən Ankaraya təzyiq vasitəsi kimi istifadə etməməyə çağırıb. O qeyd edib ki, heç kim yenidən Türkiyəni beynəlxalq təşkilatlardan asılı vəziyyətə sala bilməz.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler