» » Əl-Bağdadi görüşə gecikdi və nəticədə sağ qaldı

Əl-Bağdadi görüşə gecikdi və nəticədə sağ qaldı

Bölmə: Dünya
Əl-Bağdadi görüşə gecikdi və nəticədə sağ qaldı
İŞİD (İslam Dövləti) terror qruplaşmasının lideri Abu Bəkr əl-Bağdadi silahlılara görüşə gecikdiyi üçün sağ qalıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə Baghdad Today nəşri İraq xalq özünümüdafiə hərəkatının komandiri Cabbar əl-Maamuriyə istinadən məlumat yayıb.

Bildirilir ki, əl-Bağdadi Suriyada silahlılala görüşə gecikməsəydi, İranın zərbələri altında öləcəkdi.

Əl-Maamuri iddia edir ki, İran qüvvələrinin zərbəsi İŞİD-in Müharibə Şurasının iclasını hədəfləsə də, Əl-Bağdadi həmin iclasa gecikib və nəticədə sağ qalıb.

Qeyd edək ki, oktyabrın 1-də gecə İran qüvvələri Suriyada Fırat çayının şərq sahilinə raket zərbəsi endirib. Zərbə İranın Əhvaz şəhərində terror aktını təşkil edənləri hədəfləyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler