» » Nazabayevin varisi kim olacaq? –

Nazabayevin varisi kim olacaq? – Analiz

Bölmə: Dünya
Nazabayevin varisi kim olacaq? –



Nazabayev son illər milli maraqlara uyğun siyasətini gücləndirib.

Xalqinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi qeyd edib ki, SSRİ illərindən Qazaxıstanın rəhbəri olan Nursultan Nazarbayevin siyasəti balanslıdır, ölkə daxilində və xaricində müsbət qarşılanır:

“Nazarbayev həm Rusiyanın strateji müttəfiqidir, həm də Qərblə yaxşı münasibətlərə malikdir. Qazaxıstan Rusiya ilə strateji münasibətləri davam etdirmək məcburiyyətindədir. Çünki Qazaxıstanda rusların sayı çoxdur. Rusiya ilə münasibətlər pisləşsə, Qazaxıstanı da Ukraynanın taleyi gözləyə bilər. Ona görə də Astana Moskva ilə dostluq münasibətlərinə üstünlük verir. Ancaq bu o demək deyil ki, Nazarbayev Mosvanın bütün istək və tələblərini yerinə yetirir. O, son illər milli maraqlara uyğun siyasətini gücləndirib”.

Politoloq ABŞ-ın da Qazaxıstanla əlaqələrə əhəmiyyət verdiyini deyib:

“Nazarbayevin müxtəlif dövlətlərlə qurduğu sıx münasibətlər üçüncü dövlətlərə qarşı yönəlməyib. Bu faktor həm Rusiyanı, həm ABŞ-ı, həm Avropanı, həm də ərəb dünyasını razı salır. Ancaq Nazarbayev yaşlanıb və o, varisi haqqında düşünmək məcburiyyətindədir. Gələcək varisin kimliyi Qazaxıstanla sıx münasibətləri olan bütün dövlətləri maraqlandırır. Nazarbayev elə bir varis seçməlidir ki, yeni prezident onun siyasətini davam etdirsin. Bu məqsədlə Nazarbayev son illər hakimiyyətdə xeyli yerdəyişmələr edib, gəncləri irəli çəkib. Qazaxıstanda müxalifət zəifdir. Ona görə də bu ölkədə gələcək prezident Nazarbayevin müəyyənləşdirəcəyi siyasətçi olacaq. Prezidentliyə bir neçə namizəd var. Bunlardan biri Qazaxıstan Senatının sədri Qasım Tokayev və prezidentin qızı Dariqa Nazarbayevadır. Nazarbayev kimə üstünlük verdiyini büruzə vermir. O öz namizədini vaxtından əvvəl bildirsə, bu, hakimiyyət daxilində gərəksiz mübarizə və qruplaşmalara səbəb olacaq. Bu isə daxildə və xaricdə son dərəcə ehtiyatlı siyasət yürüdən Qazaxıstan hakimiyyəti üçün ciddi problemlər yarada bilər. Ancaq Nazarbayevin düşünmək üçün hələ 2 il vaxtı var”.

E.Şahinoğlu bildirib ki, Qazaxıstanın gələcək prezidenti Azərbaycan üçün də vacibdir:

“Azərbaycan hakimiyyətinin və cəmiyyətinin Nazarbayevə simpatiyası var. Çünki Nazarbayev Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyir. Təsadüfi deyil ki, Ermənistan Avrasiya İttifaqına qoşularkən Nazarbayev Qarabağ mallarının ümumi bazara buraxılmasının əleyhinə olduğunu bildirmişdi. İrəvanda yaxşı anlayırlar ki, Qarabağda müharibə başlasa, KTMT-də Ermənistanın sözdə müttəfiqi sayılan Astana heç bir halda Azərbaycana qarşı siyasət yürütməyəcək, Ermənistana hərbi dəstək verməyəcək. Nazarbayev Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığını da genişləndirir. Ona görə də Azərbaycan Qazaxıstanın gələcək prezidentinin də Nazarbayevin siyasi kursunu davam etdirməsini istəyir”.

Qeyd edək ki, Qazaxıstanda prezident seçkisi 2020-ci ildə keçiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler