» » Moldovada seçkilərdə qərbyönlü siyasi qüvvələr üstünlük əldə etdi

Moldovada seçkilərdə qərbyönlü siyasi qüvvələr üstünlük əldə etdi

Bölmə: Dünya
Moldovada seçkilərdə qərbyönlü siyasi qüvvələr üstünlük əldə etdiMoldovada keçirilən parlament seçkilərində avrointeqrasiyaya tərəfdar olan Qərbyönlü siyasi partiyalar üstünlük əldə ediblər
APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, Moldova Mərkəzi Seçki Komissiyası protokolların 87,6%-ni hesabladıqdan sonra Sosialist Partiyasının 21,61%, Liberal Demokrat Partiyasının 19,29%, Kommunist Partiyasının 17,84%, Demokrat Partiyasının 15,76%, Liberal Partiyasının 9,8% səs topladığını açıqlayıb. Beləliklə, avrointeqrasiyaya tərəfdar olan siyasi qüvvələr (Liberal Demokrat Partiyası, Demokrat Partiyası və Liberal Partiyası) ümumilikdə 45%, Rusiya ilə inteqrasiyaya tərəfdar olanlar (Sosialist və Kommunist partiyaları) isə 39% səs alıb.

Demokrat Partiyasının lideri Dmitri Dyakov Avropa yönümlü koalisiyanın yeni parlamentdə 101 yerdən 58-ni əldə edəcəyini söyləyib. Əvvəlki parlamentdə isə bu rəqəm 53 idi. O, yaxın günlərdə koalisiya hökumətinin formalaşdırılması məqsədilə 3 siyasi partiya arasında danışıqların başlayacağını bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler