» » Qadın birdəfəyə 7 uşaq dünyaya gətirdi -

Qadın birdəfəyə 7 uşaq dünyaya gətirdi - FOTO

Bölmə: Dünya
Qadın birdəfəyə 7 uşaq dünyaya gətirdi -İranın Məşhəd şəhərində 24 yaşlı ana 7 uşaq dünyaya gətirib
Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən məlumat verir.

Məlumata əsasən, Neda Aləmi evdar xanımdır. O, ikinci doğuşu zamanı 7 uşaq dünyaya gətirib. Onlardan ikisi oğlan, beşi isə qızdır. Oğlanlardan biri doğuş zamanı ölüb.

Uşaqların doğulduğu xəstəxananın baş həkimi Fatimə Tara deyib ki, 5 uşağın ümumi vəziyyəti yaxşıdır, lakin qız uşaqlarından birinin problemi var. Uşaqların çəkisi 720-940 qramdır və onların yaşama şansının 70-80 faiz olduğu bildirilir.

Aləmilər ailəsi kirayədə yaşayır. Ailənin başçısı fəhlədir. Onlar körpələrin ehtiyacını təmin etmək üçün dövlətdən yardım istəyiblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler