» » Bu ölkədə 5 ildə 400 min insan öldürülüb

Bu ölkədə 5 ildə 400 min insan öldürülüb

Bölmə: Dünya
Bu ölkədə 5 ildə 400 min insan öldürülüb





Cənubi Sudanda 2013-cü ildə başlayan silahlı münaqişə səbəbindən azı 382 min 900 nəfər öldürülüb. Modern.az xəbər verir ki, bu barədə London Universitetinin hesabatında qeyd olunur.



Hesabata əsasən, əsas ölüm halları regionun şimal-şərq və cənub bölgələrində qeydə alınıb. Ölənlər arasında kişilər üstünlük təşkil etsə də, qadın və uşaqların da sayı az deyil.


Cənubi Sudanda 2018-ci ilin əvvəllərindən 2 milyondan artıq insan daxili qaçqına çevrilib, 2,5 milyon insan isə xarici ölkələrə köçməli olub.



2011-ci ildə müstəqillik qazanmış Cənubi Sudanda prezident Salva Kiirin mənsub olduğu dinka tayfası ilə silahlı qruplaşma rəhbəri Riek Maşar arasında qarşıdurma başlayıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler