» » Şimali Koreya liderinin qardaşını kim öldürüb? - Rusiya izi təkzib olundu

Şimali Koreya liderinin qardaşını kim öldürüb? - Rusiya izi təkzib olundu

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Şimali Koreya liderinin qardaşını kim öldürüb? - Rusiya izi təkzib olundu
Bu gün ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin, Kim Çen Inın qardaşı Kim Çen Namın qətlində Rusiyanın Şimali Koreya xüsusi xidmət orqanlarına kömək etməsi barədə açqlama verdiyi haqda məlumat yayılıb.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bunu N. Heyli BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

O iddia edib ki, Rusiya Şimali Koreyaya bioloji maddələr ötürüb.

Amma sonradan ABŞ-ın BMT yanında daimi nümayəndəliyi BMT Təhlükəsizlik Şurasının iclasında Nikki Heylinin Kim Çen Inın qardaşının ölümü ilə bağlı verdiyi bəyanatın mətbuat tərəfindən yanlış yayıldığını bəyan edib.

ABŞ daimi nümayəndəliyinin mətbuat katibi Con Diqori bildirib ki, KİV Heylinin fikirlərinə istinad edərək yanlışlığa yol verib.

"Xeyr, bu, doğru sitat deyil. Heyli deyib ki, Şimali Koreya ölümcül maddədən istifadə etməklə, Kim Çen Namı öldürəndə, ABŞ Pxenyanın kimyəvi və bioloji silahının axınına BMT-nin köməyi ilə nəzarəti gücləndirdi”.

Qeyd edək ki, Kim Çen Nam 2017-ci ilin fevralın 13-də Kuala-Lumpur hava limanında qətlə yetirilib. Onun dərisində VX zəhərli maddənin izləri aşkarlanıb. Bu qətl ilə əlaqədar ABŞ Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler