» » ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı

ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı

Bölmə: Dünya
ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını çağırdıABŞ bir sıra ölkələrin Şimali Koreyaya qarşı sanksiyalara əməl etməməsini əsas gətirərək BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Xalqinfo.az “Associated Press” istinadən xəbər verir ki, ABŞ BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin sözlərinə görə, eskpertlər Şimali Koreyaya neft tədarükünə dair hesabat hazırlamalıdırlar.

O qeyd edib ki, tədarükün bir qismi Rusiya gəmiləri vasitəsi ilə həyata keçirilir.

ABŞ dövlət katibi Mayk Pompeo isə Rusiyanı BMT Təhlükəsizlik Şurasının Şimali Koreya üzrə komitəsinə təsir göstərmək cəhdində ittiham edib.

Qeyd edək ki, ABŞ sanksiyalardan yan keçməklə, Şimali Koreyaya neft məhsullarını daşıyan gəmilərin hərəkətini izləyəcək mərkəz yaratmaq qərarına gəlib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler