» » “Florens” qasırğası yaşayış məntəqələrinə çatdı

“Florens” qasırğası yaşayış məntəqələrinə çatdı

Bölmə: Dünya
“Florens” qasırğası yaşayış məntəqələrinə çatdı
ABŞ-da günlərdir anonsu verilən “Florens” qasırğası Şimali Karolina ştatında yaşayış məntəqələrinə çatıb.

Xalqinfo.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qasırğa səbəbindən 500 bin insan elektriksiz qalıb, 26 min insan isə sığınacaqlara yerləşdirilib.

Su basqınları nəticəsində köməksiz qalan 200 nəfər xilas edilib.

Qasırğanın ştat ərazisində 24-36 saat müddətində hökm sürəcəyi bildirilir.

Qeyd edək ki, bu qasırğanın 1989-cu ildə Şimali Karolinanı dağıdan Huqo qasırğasından daha güclü olacağı bildirilir. Huqo qasırğası həmin il 49 nəfərin ölümünə səbəb olmuşdu. Şəhərə dəyən ümumi ziyanın məbləği isə 7 milyard dollar olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler