Bu ölkə 4 günlük iş qrafikinə keçməyə hazırlaşırBölmə: Dünya
İngiltərənin Həmkarlar Konqresi texnologiyanın inkişaf etdiyi müasir dövrdə işçilərin 4 günlük iş qrafikinə keçməsi və yenə eyni maaşı alması üçün hərəkətə keçib.Xalqinfo.az “BBC Türkçə”yə istinadən xəbər verir ki, Konqres iş sahiblərinin yeni texnologiyalar sayəsində əldə etdikləri gəlirləri işçilərlə paylaşması haqqında qərar çıxararsa, o zaman 4 günlük iş qrafikinə keçiləcək. Belə ki, yeni texnologiyalar sayəsində işçilərin iş yükü azaldığı üçün 5 gün iş olması vacib hesab edilmir. Məlumat üçün bildirək ki, növbəti 10 il ərzində süni intellekt, robot texnologiyası və avtomatik qurğuların Böyük Britaniya iqtisadiyyatına 200 milyard funt-sterlinq qazandırması gözlənilir. Qeyd edək ki, hazırda Uelsin paytaxtı Kardifdə fəaliyyət göstərən “IndyCube” adlı şirkət 4 günlük qrafiklə çalışır, lakin işçilərə əvvəlki maaşı verir. Hazırda “IndyCube” nümunəsini də nəzərə alan Həmkarlar Konqresi bu addımın bütün Britaniya ərazisində tətbiq olunmasına çalışır. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|