» » İki ölkə arasında körpü problemi -

İki ölkə arasında körpü problemi - 732 yük maşını gözləyir

Bölmə: Dünya
İki ölkə arasında körpü problemi - Mərkəzi Afrika ölkəsi Benindən Nigerə yük daşıyan 732 yük maşını sərhəd məntəqəsində dayanmaq məcburiyyətində qalıb.

Xalqinfo.az TRT-yə istinadən xəbər verir ki, buna səbəb güclü yağışlardan sonra körpünün yararsız hala düşməsidir.

Niger İdxalatçılar üzrə Həmkarlar İttifaqının baş katibi Çabiou Tçombiano Nigerə təmizlik və tikinti məhsulları daşıyan 732 yük maşının yolda qapalı qaldığını, yolun açılmaması halında ölkədə qida probleminin də yaşana biləcəyini qeyd edib.

O, Benin səlahiyyətlilərinə çağırış edib ki, yeni bir körpü salınana qədər yük maşınları Nigeriya marşrutundan istifadə etsinlər. Ancaq bunun üçün üç ölkə arasında razılıq əldə olunmalıdır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler