» » İrandan qərar -

İrandan qərar - nüvə proqramı GENİŞLƏNDİRİLİR

Bölmə: Dünya
 İrandan qərar -




İranda uranın zənginləşdirilməsi üçün sentrifuqun istehsalı üzrə yeni müəssisə açılıb.

Unikal.org "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Təşkilatın rəhbəri Əli Əkbər Salehi bildirib.

"İranın dini lideri, ayətullah Əli Xamneyinin sərəncamlarına əsasən sentrifuqların istehsalı üzrə müasir sex açılıb və o, çox yaxşı təchiz edilib", - deyə o bildirib. Təşkilatın rəhbəri müəssisənin gücü barədə təfərrüatları açıqlamayıb.

Salehi həmçinin bildirib ki, mütəxəssislər Tehranda tədqiqat reaktorunu tamamilə yenidən qurub. "İran Avropa ölkələrindən biri ilə reaktorun işinin daha da təkmilləşdirilməsi ilə bağlı böyük müqavilə imzalayıb", - deyə o bildirib.

Təşkilat rəhbəri əlavə edib ki, bütün bu addımlar İranın nüvə proqramına dair sazişi pozmur.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler