Paşinyan dünya geylərini Yerevana toplayır - QALMAQALBölmə: Dünya
Noyabrın 15-də Ermənistanda LGBT Xristianlar Forumunun 11-ci iclası keçiriləcək. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, paytaxtın Azadlıq meydanında baş tutacaq görüşdə dünyanın 30-a yaxın ölkəsindən cinsi azlıq nümayəndəsi qatılacaq. Xatırladaq ki, 2004-cü ildən bəri keçirilən “Şərqi Avropa və Mərkəzi Asiya LGBT Xristianlar Forum”u hər il dünyanın fərqli şəhərlərində toplaşır və cinsi azlıqlarla bağlı problemləri müzakirə edir. Tədbirlə bağlı Ermənistanın 12 təşkilat və birliyi baş nazir Nikol Paşinyana etiraz petisiyası yollasa da, onların çağırışına cavab verilməyib. Ermənistan kilsəsinə yaxın olan fəallar forumun keçirilməsində yeni hakimiyyətin, o cümlədən baş nazir Nikol Paşinyanın da maraqlı olduqlarını iddia edirlər. Onların fikrincə, bu addımla Paşinyan Qərb ölkələri qarşısında tolerant və dözümlü hakimiyyət obrazı yaratmaq istəyir. |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|