4 yaşlı uşaq 4 aylıq bacısını öldürdüBölmə: Dünya
Tüfənglə oynayan uşaq anasını da xəstəxanalıq edib4 yaşlı uşaq bacısının qatili oldu. anspress-in məlumatına görə, ailə faciəsi Türkiyədə yaşanıb. Belə ki, atası 30 yaşlı Murat Y.-yə aid tüfənglə oynayan azyaşlı təsadüfən atəş açıb. Bu zaman tüfəng həmin an qucağında 4 aylıq körpə qızı ilə otağa girən qadına doğru istiqamətlənmiş olub. Qəfil açılan silahdan çıxan güllə körpənin başından dəyib. Güllənin qırmaları isə ananı yaralayıb. Bu zaman tövlədə olan ata Murat Y. güllə səsini eşidən kimi evə qaçıb. Ata dərhal təcilii yardıma xəbər verib. 4 aylıq Ayşe Y. və anası Neslihan Y. xəstəxanaya çatdırılıblar. Lakin həkimlərin bütün səyinə baxmayaraq körpənin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, analoji hadisə bir necə gün öncə Amerikada da baş vermişdi. 3 yaşlı uşaq evdən tapdığı silahla oynayarkən qardaşının bezini dəyişən anasını vurub. Qadın hadisə yerindəcə keçinib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|