» » 4 yaşlı uşaq 4 aylıq bacısını öldürdü

4 yaşlı uşaq 4 aylıq bacısını öldürdü

Bölmə: Dünya
4 yaşlı uşaq 4 aylıq bacısını öldürdüTüfənglə oynayan uşaq anasını da xəstəxanalıq edib
4 yaşlı uşaq bacısının qatili oldu.

anspress-in məlumatına görə, ailə faciəsi Türkiyədə yaşanıb. Belə ki, atası 30 yaşlı Murat Y.-yə aid tüfənglə oynayan azyaşlı təsadüfən atəş açıb.

Bu zaman tüfəng həmin an qucağında 4 aylıq körpə qızı ilə otağa girən qadına doğru istiqamətlənmiş olub. Qəfil açılan silahdan çıxan güllə körpənin başından dəyib. Güllənin qırmaları isə ananı yaralayıb.

Bu zaman tövlədə olan ata Murat Y. güllə səsini eşidən kimi evə qaçıb. Ata dərhal təcilii yardıma xəbər verib.

4 aylıq Ayşe Y. və anası Neslihan Y. xəstəxanaya çatdırılıblar. Lakin həkimlərin bütün səyinə baxmayaraq körpənin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, analoji hadisə bir necə gün öncə Amerikada da baş vermişdi. 3 yaşlı uşaq evdən tapdığı silahla oynayarkən qardaşının bezini dəyişən anasını vurub. Qadın hadisə yerindəcə keçinib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler