» » Ərdoğan Vaşinqtona xəbərdarlıq etdi:

Ərdoğan Vaşinqtona xəbərdarlıq etdi: yeni müttəfiqlər axtaracağıq

Bölmə: Dünya, BLOK XƏBƏR
Ərdoğan Vaşinqtona xəbərdarlıq etdi:





ABŞ-ın Türkiyəyə qarşı atdığı birtərəfli addımlar sadəcə Vaşinqtonun maraqlarına zərbə vurur və Ankaranı yeni müttəfiqlər axtarmağa məcbur edir.


Xalqinfo.az-ın -məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "The New York Times” qəzetində dərc olunan məqaləsində yazıb.

Yazıda qeyd edilir ki, gec olmadan Vaşinqton səhv mülahizələrini bir kənara qoymalı və Türkiyənin alternativlərə sahib olduğunu qəbul etməlidir:

"Bu birtərəflilik və hörmətsizlik trendindən dönməzlərsə, yeni dostlar və tərəfdaşlar axtarmağa başlayacağıq".

Onun sözlərinə görə, son illər fikir ayrılıqları hər iki ölkənin münasibətlərinin möhkəmliyini sınağa çəkir, Türkiyənin bu tendensiyanı dəyişmək səyləri nəticəsiz qalır:

"Əgər ABŞ Türkiyənin suverenliyinə hörmətlə yanaşmasa və xalqımız qarşısında duran çağırışları anladığını isbat etməsə, bizim tərəfdaşlığımız təhlükə altına düşə bilər".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler