» » Meksikada 11 adamın başını kəsdilər

Meksikada 11 adamın başını kəsdilər

Bölmə: Dünya
Meksikada 11 adamın başını kəsdilərMeksikanın Qerrero ştatının Çilapa şəhəri yaxınlığında başı kəsilmiş və qismən yandırılmış 11 meyit tapılıb.

apa-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, naməlum şəxslər meyitləri polis məntəqəsindən 100 metr aralıda, yolun kənarına atıblar. Meyitlərin yanında çoxlu sayda patron gilizləri aşkarlanıb.

Hazırda hadisə yeri polis əməkdaşları tərəfindən əhatəyə alınıb, araşdırma aparılır. Meyitlərdən birinin üzərində aşkarlanmış məktubda qeyd olunub ki, qətlə yetirilən insanlar iki cinayətkar qrup arasında baş vermiş qarşıdurmanın qurbanı olublar.

Xatırladaq ki, sentyabrda Qerrero ştatının İquala şəhərində polis və mülki silahlı şəxslər tələbələrin aksiyasını dağıdarkən silahsız etirazçılara atəş açıb, nəticədə 6 nəfər ölüb, saxlanılan 43 tələbə isə itkin düşmüş hesab olunub. Bir müddət əvvəl isə məlum olub ki, itkin düşmüş 43 tələbə “Qerrero unidos” adlı cinayətkar qruplaşmanın qurbanı olub.

İstintaq zamanı müəyyən edilib ki, iğtişaşlardan dərhal sonra asayiş keşikçiləri saxlanılan tələbələri cinayətkar qruplaşmanın üzvlərinə təhvil veriblər.

Məlum olub ki, qatillər əvvəl tələbələri güllələyib, sonra isə yandıraraq cəsədlərini torpağa basdırıblar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler