» » Üç nazir dəyişəcək -

Üç nazir dəyişəcək - Gürcastanda

Bölmə: Dünya
Üç nazir dəyişəcək - Gürcüstanın baş naziri Mamuka Baxtadze yeni hökumətin tərkibini açıqlayıb.

Xalqinfo.az xarici mətbuata istinadən xəbər verir ki, yeni nazirlər kabinetində üç yeni nazir təmsil olunacaq.

Təhsil, elm, mədəniyyət və idman naziri vəzifəsinə Mixeil Batiaşvili, iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə Giorgi Kobulia, maliyyə naziri vəzifəsinə isə İvane Maçavarianinin namizədliyi təqdim olunub.

M. Batiaşvili Tbilisi Biznes və Texnologiyalar Universitetinin rektorudur. G. Kobulia Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olub, İ. Maçavariani isə "Geocell" şirkətinin kommersiya direktoru vəzifəsində çalışıb.

Parlamentin yenilənmiş hökumətə bu həftənin sonunda etimad göstərəcəyi gözlənilir.

Qeyd edək ki, qonşu ölkənin 14 nazirlikdən ibarət hazırkı müvəqqəti hökuməti bu ilin iyunun 20-dən fəaliyyət göstərir. Hökumət strukturunda edilmiş dəyişikliklərə əsasən, 14 nazirliyin əvəzinə 10 nazirlik və 1 dövlət naziri aparatı qalacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler