» » “İran bu hərəkətinə görə cavab verəcək”

“İran bu hərəkətinə görə cavab verəcək”

Bölmə: Dünya
“İran bu hərəkətinə görə cavab verəcək”"Amerika və Fars körfəzindən olan müttəfiqləri İrana göstərmək istəyir ki, rəsmi Tehranın Hörmüzü bağlamaq davranışı ona baha başa gələcək".

Xalqinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri zamanı deyib. O bildirib ki, bu gün ABŞ qarşısında duran əsas məsələ İranın maliyyə imkanlarını məhdudlaşdırmaqdır ki, özünün "pis davranışları"na davam etməsin:

"Belə olan halda sanksiyaları artırmaq lazımdır. İran rejimi görsün ki, onun bu hərəkəti qəbuledilməzdir və ona baha başa gələcək. İran başa düşməlidir ki, Amerika dünya ölkələrinə neft tranzitini qoruyub-saxlamaq üçün bütün dəniz yollarının açıq olmasına çalışır".

Xatırladaq ki, İran ABŞ-a Hörmüz boğazını bağlayacağı xəbərdarlığını edib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler