» » Türkiyədə prezident və parlament seçkiləri başlayıb

Türkiyədə prezident və parlament seçkiləri başlayıb

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Türkiyədə prezident və parlament seçkiləri başlayıbTürkiyədə prezident və parlament seçkiləri başlayıb.

Xalqinfo.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, prezident seçkilərində hazırkı prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə, İyi Partiyanın sədri Meral Akşener, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu, Vətən Partiyasının sədri Doğu Perinçək və Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan namizədi Səlahəddin Dəmirtaş mübarizə aparacaqlar.

Parlament seçkilərində mübarizə aparacaq siyasi partiyalar isə AKP, MHP, BBP, CHP, İYİ Partiya, Səadət Partiyası, Demokratik Partiya, Xalqların Demokratik Partiyası, Müstəqil Türkiyə Partiyası, Müstəqil Mübarizə - HÜDA Partiyası, Vətən Partiyasıdır.

56 milyon 342 min 263 seçici səsvermə hüququndan istifadə edəcək.

Ölkədən xaricdə 60 dövlətdə və 123 səfirlikdə 1 milyon 486 min 532 nəfər üçün isə səsvermə başa çatıb. Seçki bülletenləri Türkiyəyə gətirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler